Elşad Miri: “Dənizə kiminsə lüt girməsi qadağan...” - FOTOLAR

Elşad Miri: “Dənizə kiminsə lüt girməsi qadağan…” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fransanın Nitsa şəhərində çimərliklərin birində rüsvayçı hadisə baş verib.

“A24.az”-ın məlumatına görə, Publika.az “dailymail”-ə istinadən xəbər verir ki, silahlı polislər şəhər çimərliyində uşaqları ilə birlikdə istirahət edən başı bağlı  müsəlman qadına yaxınlaşıb və ondan əynindəki burkinini soyunmağı tələb ediblər. (Burkini mömin müsəlman qadınların çimərlik paltarı bədəni örtən geyimdir)  Üstəlik, müsəlman qadın “ictimai asayişi pozduğuna görə” 38 avro məbləğində cərimə ödəməli olub. Qızı ilə sahildə oturan qadın baş verənlərdən sonra hönkür-hönkür ağlayıb.

“Çimmək niyyətim yox idi”

Tuluza şəhər sakini olan 34 yaşlı Səyam Abdulla adlı müsəlman qadın polislərin bu davranışını “əxlaqsızlıq və irqçilik” olduğunu söyləyib:  “Artıq üç nəsildir ki, Fransada yaşayırıq, bu ölkənin vətəndaşlarıyıq. Heç çimmək niyyətim yox idi. Sadəcə, ayaqlarımı suya salmaq istəyirdim. Silahlı polislərin başımın üstünü kəsdirərək belə davranmasını Fransa demokratiyası üçün rüsvayçılıq sayıram”.

“Dəniz heç kimin şəxsi mülkü deyil!”

miris

Bu məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri  fikirlərini bildirib. O, hesab edir ki, dənizə kimin hansı formada girməsinə kiminsə müdaxilə etməyə haqqı yoxdur: “Dəniz heç kimin şəxsi mülkü deyil və nəyisə qadağan edə bilməz. Kimsə gəlib sənin evindəki hovuza girmir. Ona görə də, bu cür yanaşma heç bir halda doğru deyil. İnsan haqları baxımından da buna heç kim haqq qazandıra bilməz. Onların təhlükəsizlik adı ilə altında qoyduğu qadağalar dini dözümsüzlüyün büruzə verməsinə gətirib çıxarır. Bu onların tolerant olmadığını bir daha sübut edir”.

E.Miri Fransanın Avropada müsəlmanların ən çox yaşadığı ölkə olduğunu qeyd edib: “İngiltərədə Londonun icra hakimi müsəlman seçildiyi halda Fransa bunun qarşısını müxtəlif yollarla almağa çalışır. Dənizə hər hansı geyimdə gəlməyi qadağan edib gündəmə gətirməklə müsəlmanlara bir növ təzyiq göstərirlər”.

İlahiyyatı İsveçdə minarələrin qadağan olunmasını da misal çəkib: “İsveçdə minarələr qadağan olunduqdan sonra məsələ yenidən parlamentdə müzakirə olundu. Parlament İsveçin İslam dinini dövlət dini kimi tanınması təklif etmişdi. Belə ki, İslam dövlət dini olduqdan sonra  xaricdən artıq heç bir şəkildə ora yardım edilmir. Dolayısı ilə Fransanın da bu addımı atmaq əvəzinə, geyimlə bağlı qadağalar qoyması təbii ki, dini dözümsüzlüyün göstəricisidir”.

E.Mirininn sözlərinə görə, qadının başı bağlı halda dənizə girməsi onun şəxsi işidir: “Burkini sudan çıxan qadının bədəninə yapışsa da, orqanlarını tamamilə görünməyəcək şəkildə dizayn edilib. Hər halda suya kiminsə lüt girməyinə qadağa qoya bilmiriksə, eləcə də bağlı geyimdə üzməsinə də qarışa bilmərik”.

“Kütlənin mövqeyinə təsir etmək qəliz məsələdir”

14095695_1153069031433499_6625658996103373797_n

Psixoloq Vəfa Əkbər isə məsələyə başqa prizmadan yanaşıb. O, hər bir ölkənin öz qayda-qanunları olduğunu və o ölkədə yaşayan hər bir sakinin onlara riayət etmək məcburiyyətində olduğunu vurğulayıb: “Xüsusi ilə Avropa ölkələrində seçilməmək və bərabərlik üçün hamı qanunlara tabe olmalıdır. Hər hansı etnosun başqa bir etnosda müəyyən qədər öz istəklərini yerinə yetirməsi bəzən  həmin ölkənin yerli əhalisini qıcıqlandırır. Dolayısı ilə biz hər hansı ölkəyə gedəndə onların qanunları ilə hesablaşmalı, eləcə də xarici vətəndaşlar buraya gələndə bizim qanunlara, istək və tələblərimizə müəyyən qədər cavab verməlidir. Bu da kütlə psixologiyasından qaynaqlanır. Bir fərdin fikrini dəyişmək çox asandır, amma kütlənin mövqeyinə təsir etmək qəliz məsələdir. Çünki kütlənin düşüncələri və onların qoyduğu ənənələr bir-birinə zəncirvari şəkildə möhkəm bağlıdır. Sözsüz ki, öz ənənələrinə çox bağlı olan kütlənin fikirlərini sındırmaq çox çətindir. Əgər hər hansı ölkə, şəhər və ya bölgənin əhalisi oranın qaydalarına riayət edirsə, nəticə etibarı ilə ora gedən gedən yad şəxs də qayda-qanunlarına əməl etməlidir. Əks təqdirdə, sakinlər etirazlarını kütləvi şəkildə birdirməyə  başlayırlar”.

Xatırladaq ki, Kann və Nitsa şəhərlərində çimərliklərdə burkini geyinmək qadağan olunub. Bu qadağa Nitsa şəhərində 86 nəfərin ölümünə səbəb olmuş terror hadisəsindən sonra qəbul olunub. Qərar iyulun sonunda qüvvəyə minib. Qaydalarda deyilir ki, “Əxlaq və təhlükəsizlik baxımdan çimərliyə və ya üzməyə əlverişsiz geyimdə gəlmək qadağan olunur”. O da bildirilir ki, çimərlik geyimi dini mənsubiyyəti aşkara çıxardığı üçün bu yerlər terror hücumlarına hədəf olmaq ehtimalını artırır. Hakimiyyət orqanları hesab edir ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman ictimai intizamın pozulmasına da səbəb ola bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar