Elşad Miri Gəncədəki iğtişaşlar və Elmar Vəliyevdən danışdı: "Onu yaxından tanıyıram..." - VİDEO

Elşad Miri Gəncədəki iğtişaşlar və Elmar Vəliyevdən danışdı: “Onu yaxından tanıyıram…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış ilahiyyatçı Elşad Miri Gəncədə baş verən iğtişaşlar və Elmar Vəliyevə qarşı törədilən terrorla bağlı öz fikirlərini paylaşıb.

“A24.az” bildirir ki, ilahiyyatçı mövzuyla bağlı düşüncə və bildiklərini videoçarx şəklində təqdim edib.

Elşad Miri videoda Elmar Vəliyevi yaxından tanıdığını, lakin Gəncənin icra başçısı seçiləndən sonra heç bir ünsiyyət qurmadığını qeyd edib. Elmar Vəliyevin din adına edilən mövhümata, xürafata qarşı çıxdığını deyən Elşad Miri “Ramazan ayında iftarları hər kəs bilir, amma özünün də oruc tutduğunu bəlkə də bir çoxları bilmir. Faktiki olaraq ölkə başçısının təyin etdiyi məmura qarşı bəyənsən də, bəyənməsən də bir təxribat, terror törədildi. Çox təəssüflər olsun ki, bu günləri həmin terror dinlə əlaqələndirilir” deyə məsələyə münasibət bildirib.

Daha sonra ilahiyyatçı bu kimi hadisələrdə kənar qüvvələrin rol aldığını deyib:

“Bu, müəyyən qrupların, kənar müdaxilələr nəticəsində baş vermiş hadisədir. Bu gün Azərbaycanda onların saytları fəaliyyət göstərir. Bu gün onların sosial media vasitəsiylə qruplaşaraq insanlara qarşı təxribatlar törətdikləri artıq məlumdur. Qeyd olunur ki, bir insan niyə mühafizəçi ilə gəzir? Mən sadə bir vətəndaşam, bununla bağlı bir çoxlarınızın xəbəri yoxdur, müəyyən dövlət orqanları təkcə mənimlə deyil, bir neçə nəfərlə bağlı təhdidlərlə əlaqədar bizi kənarda bu məsələlərdə müşayət etməyə çalışırdılar. Çünki sabah ölkə vətəndaşına qarşı törədilən bir təxribat fərqli şəkillərdə insanlara təqdim edilib xaos yaradıla bilər. Dövlət də bunun qarşısını almaq üçün çalışır”.

“A24.az” ilahiyyatçının çıxışını videoçarxda təqim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar