Elşad Miri yasaqlanan "İslamda yoxdur" adlı kitabı üçün kampaniya başlatdı

Elşad Miri yasaqlanan “İslamda yoxdur” adlı kitabı üçün kampaniya başlatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış ilahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağanın aradan qaldırılması üçün internetdə kampaniya başladıb.

“A24.az” xəbər verir ki, bu barədə ilahiyyatçı şəxsi “facebook” səhifəsində də paylaşım edib.

Paylaşılan linkə daxil olanda “İslamda Yoxdur” kitabının məzmunu və ərsəyə gəlməsinin məqsədi haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabda olan bütün məlumatlar hər bir insanın etiraz etməli olduğu məsələlərdir və İslamda olmadığı elmi şəkildə izah olunur.

Bundan başqa, ilahiyyatçı alim kitabına qoyulan qadağa ilə onun fikir və söz azadlığının pozulduğunu bildirir və “Azərbaycanda kitab qadağası olmamalıdır” tələbini irəli sürür.

Kampaniyaya qoşulmaq üçün bu linkdən daxil ola bilərsiniz…

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

Bildirək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar