Elşad Miridən Şeyxin fətvasına reaksiya: "Peyğəmbər belə haram qoymaq səlahiyyətində olmayıb"

Elşad Miridən Şeyxin fətvasına reaksiya: “Peyğəmbər belə haram qoymaq səlahiyyətində olmayıb”
Want create site? Find Free WordPress Themes and plugins.

“Peyğəmbər belə hər hansı məsələdə halal və yaxud haram qoymaq səlahiyyətində olmayıb”.

“A24.az” bildirir ki, bu açıqlamanı ilahiyyatçı Elşad Miri Allahşükür Paşazadənin “iftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir” fikirlərinə münasibət bildirərkən deyib.

“Birinci növbədə, İslamda din xadimi anlayışı varmı? Bu məsələnin üzərində durmaq lazımdır. Yəni dini kiminsə inhisarına vermək İslamın özündə qadağandır. Hətta Peyğəmbərin belə bir səlahiyyəti olmayıb. Peyğəmbər belə hər hansı məsələdə halal və yaxud haram qoymaq səlahiyyətində olmayıb. Bu səlahiyyət ancaq və ancaq Allaha aiddir. Quranda 16-cı surə olan Nəhl surəsinin 116-cı ayəsində Allah belə buyurur:

“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.

Ona görə də bu günləri kimin harda oturması, ehsan süfrəsi və sair. bunlar hamısı sonradan ortaya çıxmış şeylərdir. İslamda ehsan süfrəsi deyilən anlayış da yoxdur. Bu, hər hansı din xadimlərinin yası düşənlərdən pul almaq üçün istifadə etdikləri ifadələrdir”.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə çıxış edib. O qeyd edib ki, İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir:Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar