Elşad Mirinin çapı qadağan olunan “İslamda yoxdur” kitabı Prezidentə göndəriləcək

Elşad Mirinin çapı qadağan olunan “İslamda yoxdur” kitabı Prezidentə göndəriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Mirinin çapına qadağa qoyulan “İslamda yoxdur” kitabının Bişkekdə çap olunan nüsxəsi yaxın günlərdə Prezident İlham Əliyevə göndəriləcək.

“A24.az” xəbər verir ki, bu barədə Turkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədov bildirib.

İlahiyyatçının şəxsi “facebook” profilindəki paylaşımına rəy yazan Nüsrət Məmmədov bildirib ki, Elşad Mirinin yazdığı kitaba heç kim qadağa qoya bilməz:

“Elşad müəllim, sizin bu kitabınızın nəşrinə heç kəs qadağa qoya bilməz. Qadağa qoymağa çalışanlar, insanları bir-birinə qarşı qoyaraq, dini qazanc mənbəyinə çevirənlərdir. Onlara deyin ki, kitabı biz nəşr etmişik. Nüsxəsini də cənab Prezidentə bu yaxın günlərdə göndərəcəyik”.

Daha sonra prezidentimizin “Tərəqqi” medalı ilə təltif edilən Nüsrət Məmmədov kitabın prezidentə təqdim ediləcəyi dəqiq tarixi də qeyd edib: “İnşallah, birisi gün, ya da həftənin birinci günü Cənab Prezidentə göndərəcəyəm. Yəni bu ayın 26, ya da 28 də göndərəcəyəm”.

Qeyd edək ki, Nüsrət Musa oğlu Məmmədov 1957-ci il mayın 9-da Şəki rayonunun Cuma kəndində anadan olub. 1980-1985-ci illərdə Bişkekdə Rus dili və Ədəbiyyatı Pedaqogikası İnstitutunda təhsil almış, 1990-1996-cı ildə Frunze şəhərində KQNU-nun huquq fakultəsində təhsil almışdır. 2004-cu ildə Turkdilli Dovlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti olub. Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrində gostərdiyi xidmətlərə görə Cingiz Aytmatov adına Akademiyanın həqiqi üzvü seçilib. Qırğızıstanın ən yaxşı mədəniyyət işçisi medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

Bildirək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

 

 

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar