A24 Xeber

Elşənin köməyə ehtiyacı var: Təcili əməliyyat olunmasa, ayağı kəsiləcək – FOTO

Elşənin köməyə ehtiyacı var: Təcili əməliyyat olunmasa, ayağı kəsiləcək – FOTO
658
17 Mart 2017 - 16:03

Redaksiyamıza daxil bir müraciət bizi bu haqda ətraflı yazmağa və imkanlı şəxslərin köməyinə ehtiyac duyan insanların olduğunu deməyə təhrik etdi.

“A24.Az” bildirir ki, yazı həmçinin Durdane Humbetova adlı şəxsin “Facebook” sosial səhifəsindəki hesabında də yerləşdirilib. Dürdanə Hümbətova köməyə ehtiyacı olan şəxsin bacısıdır.

O, qardaşının adından imkanı olan şəxslərə və həkimlərə müraciət edərək kömək istəyir. Əks halda, qardaşının bu xəstəlikdən dolayı ayağının kəsiləcəyini deyir:

“Qardaşım İsmayılov Elşəni Gəncə Şəhərinin İcra Hakimiyyətinə fəhlə kimi aparmışdılar. 2011-ci ildə qardaşımın ayağına dəmir düşdü və təcili yarım maşını ilə Gəncə şəhər 3 saylı xəstəxanaya apardılar. Orda bir müdət yatdı, amma həkim qardaşıma “3 ay tərpənmək olmaz” dedi. Qardaşımın həyat yoldaşı isə ərini xəstəxanada qalmağa qoymadı və evə apardı. Aradan aylar keçsə də, qardaşımın ayağındakı sümük birləşdi, amma yara sağalmadı. Türkiyədə Trabzon Boz Kemik Xəstəxanasından 6 min 500 dollar istədilər. Bizim də maddi vəziyyətimiz yaxşı olmadığı üçün əməliyyat etdirə bilmədik.

Sonra Gəncə şəhərinə Almaniyadan həkim gəlmişdi. Baxıb dedi ki, qardaşımın ayağında damar tıxanıb və təcili əməliyyat lazımdır. Qardaşım Elşən bir neçə yerdə müalicə aldı, amma heç bir xeyri olmadı, indiyə qədər ayağındakı yaralardan əziyyət çəkir. İki körpə övladı var. Maddi vəziyyətləri çox çətindir. İstəyirik qardaşımın ayağı sağalsın. Əgər sağalmasa, Allah qorusun, ayağı kəsilə bilər.

Xahiş edirik, bizə köməklik göstərin!”

Kömək etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilər:

Elşən İsmayılov: (055) 863-49-50

                             (050) 663-79-38

                              (050) 564-22-77

“A24.Az” köməyə ehtiyacı olan Elşən İsmayılovun fotogörüntülərini təqdim edir:

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00