A24 Xeber

Əlvida, ABŞ, Avropa – Türkiyə Rusiya və Çini seçdi

Əlvida, ABŞ, Avropa – Türkiyə Rusiya və Çini seçdi
903
23 İyun 2017 - 14:07

ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunan bir xəbərdə bildirilib ki, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa çox yaxındır.

A24.Az xəbər verir ki, məqalədə Çin və Rusiyanın rəhbərlik etdiyi birlik NATO-ya qarşı tarazlıq ünsürü kimi qiymətləndirilib.

Növbə Türkiyəyə çatdı

Qeyd olunub ki, Hindistan və Pakistanın rəsmi olaraq qatıldığı bu təşkilata növbəti üzv kimi Türkiyə qoşulacaq. Yaxın Şərqdə tarazlığı təmin etməyə çalışan Çin və Rusiyanın bölgədəki fəallığı artırmaq üçün Türkiyəyə qarşı xüsusi bir həssaslıqla yanaşır.

Uduzan Avropa Birliyi olacaq

Türkiyənin Avropa Birliyindən uzaqlaşmasına diqqət çəkilən məqalədə Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına girəcəyi təqdirdə, Avropanın regiondakı aktivliyinin azalacağı qeyd edilib.

Qeyd edək ki, “Şanxay Beşliyi” 1996 tarixində Qazaxıstan, Rusiya, Qırğızıstan, Çin və Tacikistan tərəfindən yaradılıb. Təşkilat 2001-ci ildə Özbəkistanın iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatı adını alıb. 2015-ci ildə isə Hindistan və Pakistan ölkələrinin tam üzvlük prosedurları başlamışdı. Türkiyə isə bu təşkilatda dialoq tərəfdaşı statusunu daşıyır.

Xəyalə Bünyatova // A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00