A24 Xeber

Elxan Əsədova yeni vəzifə VERİLDİ

Elxan Əsədova yeni vəzifə VERİLDİ
40
14 May 2018 - 14:48
Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədv Dünya Minifutbol Federasiyasıonda (DMF) yeni vəzifəyə təyin olunub.
A24.Az Anews.az- istinadla  xəbər verir ki, o bundan sonra DMF-də Yarışların Təşkili Komitəsinin sədri vəzifəsini də icra edəcək. Bu vəzifəyə təyinatı ilə bağlı Elxan Əsədov fikirlərini bildirib:
“Komitə rəhbərləri Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən təyin olunur. Mart ayının 1-dən mənin namizədliyimi Yarışların Təşkili Komitəsinin sədri kimi irəli sürmüşdülər. Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası bir neçə gün öncə Dünya Minifutbol Federasiyasının üzvü olub və bundan sonra rəsmi olaraq mənin təyinatım da təsdiq edildi”.
Elxan Əsədov AFFA-da baş katibin müavini vəzifəsində işlədiyi müddətdə beynəlxalq yarışların təşkilində böyük təcrübə topladığını bildirib. O, qeyd edib ki, bu təcrübəsindən DMF-də yararlanacaq:
“2012-ci ildə Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirilərkən təşkilatçılıqda mən də iştirak etmişdim. Məhz DMF-nin İcraiyyə Komitəsinin məni bu vəzifəyə təyinatında bu da həlledici rol oynayıb. Bu təcrübədən minifutbol üzrə dünya çempionatının təşkilatçılığı zamanı istifadə edəcəyəm”.
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00