Elza verilişdə yenə şeirini oxudu, məsxərəyə qoyuldu: "Qarnıvızı tutub boş-boş gülmək əvəzinə..." - VİDEO

Elza verilişdə yenə şeirini oxudu, məsxərəyə qoyuldu: “Qarnıvızı tutub boş-boş gülmək əvəzinə…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Elza Seyidcahan yeni şeirini səsləndirib.

A24.Az xəbər verir ki, “Deşik-deşik dünyaya” adlı şeiri verilişdə məsxərəyə qoyulub.

Elgiz Əkbər və Əli Mirəliyevin aparıcılıq etdiyi “Səhər- Səhər” verilişində qonaq olan bəstəkar-müğənni onun şeirlərinin dərin məna daşıdığını, hər kəsin bu əsərləri anlamasının mümkünsüzlüyündən bəhs edib.

“Quranda da deyilir ki, zəmanəyə uyğun yaşayın. Bunlar da zəmanəyə uyğun şeirlərdir. Başa düşmək üçün beyin lazımdır. Hər kəs mənim şeirlərimi anlaya bilməz”- deyə öz əsərlərinin novator ruhlu olduğunu vurğulayıb. Hətta müğənni şeirlərini klassiklərlə də müqayisə edib.

Şeirini səsləndirdikcə hər sətrlə bağlı izahatlar verən Seyidcahan məsxərəyə qoyulub. Gülüş ustası, aktyor Elməddin isə “hə, bax, indi anladım. Amma bu şeirlərin yanında gərək siz izah edəsiniz ki, başa düşmək olsun”- deyib. Onun bu sözlərinə verilişdə qonaq olalar gülüb.

Daha sonra müğənni Elza Seyidcahan onun şeirlərinə gülüb lağa qoyanlara “qarnıvızı tutub boş-boş gülmək əvəzinə, bir az da başınızı tutub düşünün” deyib.

A24.Az sizə həmin kadrları təqdim dir:

Elza Seyidcahan yeni şeirini oxudu, hər kəs məsxərəyə qoydu: "Deşik-deşik DÜNYAYA"- VİDEO

Elza Seyidcahan yeni şeirini oxudu, hər kəs məsxərəyə qoydu: "Deşik-deşik DÜNYAYA"- VİDEO

Gepostet von a24.az sayt am Montag, 23. April 2018

Qazanım daşdı

Kəfini yedim

Qapağını açdım

Üzünü yedim.

Qarışdırıb içini yedim

Yedim, yedim142180142

Dibini yedim.

Qazıb, qazıb deşdim dibini

Qazanın.

Kəfkirim azıb

Dibi deşik qazandan

Çıxdı havaya,

Mən də baxdım

Kəfkirdən

Deşik-deşik dünyaya.

Qonaq olduq

Həsrətini çəkdiyim

Röyaya.

Buzlanmış şaxtadan beynim

İsti şorbayadır meylim.

Köhnə saat kəfkiri

Çalırdı tamam.

Təzə dərdin yaşları

Burnumdan daman.

Günahlarımı içimdə

Mən boğan adam.

Köhnə saat kəfkiri

Vur, vur

Vur əqrəbi

Çalsın, çalsın.

Saniyələr səs salsın

Burnum axır

Fürsər baxır,

Köhnə çaxır

Vaxt yetişir

Kəfkir vurur tamamı,

Əqrəb çalır zamanı

Səs düşəndə axanı

Çəkin, udun,

Silin, atın

Burnunuzdan pisləri

Köhnə saat kəfkiri

Görür hissləri,

Örtür bizləri.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar