Əmək pensiyaçılarının sayı açıqlanıb 

Əmək pensiyaçılarının sayı açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

“2018-ci ilin 1 aprel tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 313 min nəfər təşkil edir. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardan ibarətdir”.

A24.Az xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar və həyata keçirilən sosial müdafiə tədbirləri 2018-ci ildə də pensiyalarda artım tempinin davam etməsini şərtləndirib: “Belə ki, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu göstəricilər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir”.

E.Babayev hazırda Azərbaycanda yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə (525,6 manat) nisbəti 46,5 faizdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalarda 2018-ci ildə də artımın özünü göstərməsi cari ilin ötən aylarında da hər ay üzrə pensiyaların elə həmin ay ərzində maliyyələşdirilməsinə imkan verib. Ötən ay isə Novruz bayramı ərəfəsində mart ayı üzrə bütün əmək pensiyalarının ödənişi tam yerinə yetirilib ki, bu da pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davam etdiyini təsdiq edir”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar