Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində YENİ TƏYİNAT: Mətbuat xidməti...

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində YENİ TƏYİNAT: Mətbuat xidməti…
Want create site? Find Free WordPress Themes and plugins.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.

“A24.Az”ın APA-a istinadla məlumatına görə, Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.

Bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

Qeyd edək ki, F.Talıbovdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar