A24 Xeber

Emin Ağalarov və rusiyalı məşhurlar AZƏRBAYCAN üçün birləşdi

Emin Ağalarov və rusiyalı məşhurlar AZƏRBAYCAN üçün birləşdi
86
01 Sentyabr 2018 - 19:51

Mahnının yazılmasında Artik&Asti, Aleks Malinovski, Emil Kadırov, Qlükoza, Aleksandr Panayotov, Timur Rodriqez və Bahh Tee iştirak ediblər.

Azərbaycanın Xalq artisti Emin Ağalarov yeni mahnısını təqdim edib. 

A24.Az-ın Sputnik Azərbaycana istinadla məlumatına görə, müğənni yeni mahnısını Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mahnı “Azərbaycan” adlanır və Emin onu rusiyalı ulduzlarla bir yerdə ifa edir.

Ağalarov səhifəsində yazıb: “Ən böyük ürəkli insanların yaşadığı, ən qonaqpərvər ölkə barədə “Azərbaycan” mahnısının təqdimatı. Mahnı xüsusi olaraq “Jara” festivalı üçün yaradılıb və qızmar yay, yaradıcılıq sevgisi və hər il layihə çərçivəsində unudulmaz günlər keçirmək üçün Xəzər dənizi sahillərinə toplaşan dostlara həsr edilib”.

Müğənni qeyd edib ki, mahnının yazılmasında Artik&Asti, Aleks Malinovski, Emil Kadırov, Qlükoza, Aleksandr Panayotov, Timur Rodriqez və Bahh Tee iştirak ediblər.

Emin Ağalarov World Music Awards, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammafon”, “MUZ-TV Mükafatı” və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00