A24 Xeber

Emin Ağalarov Xoşqədəmi dəstəklədi – FOTOLAR

Emin Ağalarov Xoşqədəmi dəstəklədi – FOTOLAR
318
20 Mart 2017 - 21:30

Rusiyanın NTV telekanalında ata-ana himayəsindən kənarda qalmış uşaqlar üçün hazırlanmış “Ты – супер” (“Sən supersən”) layihəsində Azərbaycandan 12 yaşlı Xoşqədəm Mehdiyeva iştirak edir. Virtualaz.org nüfuzlu “Cosmopolitan” jurnalına istinadən xəbər verir ki, martın 18-də, verilişin növbəti buraxılışının çəkilişləri zamanı balaca Xoşqədəmi dəstəkləmək üçün studiyaya iri çiçək dəstəsi ilə Emin Ağalarov təşrif buyurub.

Mənbə bildirir ki, Xoşqədəm bir il əvvəl ata-anasını itirib, lakin sınmayıb. Münsiflər heyəti çıxışı zamanı bu qızın gözündəki xoşbəxtliyi görərək, onu lazımınca dəyərləndirib – 3 münsif yaşıl düyməni basıb.

Emin Ağalarov çıxışından sonra Xoşqədəmə deyib: “Sən səhnəyə çıxıb oxumağa başlayana qədər bərk həyəcan keçirirdim. Amma oxumağa başladığında dərhal anladım ki, hər şey yaxşı olacaq! Sən artıq bizi öyrətmisən ki, xoşbəxtliyə, həyata inamı itirməmək mümkündür. Elə bir qüvvəyə sahibsən ki, hər şeyə rəğmən bu cür rəngarəng, gözəl çıxış edirsən”. (virtualaz)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00