Emmanuel Makron Kopenhagen küçələrində velosiped sürdü – VİDEO

Emmanuel Makron Kopenhagen küçələrində velosiped sürdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa prezidenti Emmanuel Makron şəhəri gəzmək üçün Danimarkanın Baş naziri ilə velosiped yürüşünə çıxıb.

“A24.az” rus mediasına istinadən xəbər verir ki, bu barədə “Европейская правда” xəbər dərc edib.

Belə ki, Danimarkanın Baş naziri Lars Lyukke Rasmussen Fransa prezidentinə şəhəri avtomobilin içindən deyil, məhz velosiped gəzintisiylə göstərib. Beləliklə, Makronla Rasmussen bir saat ərzində Kopenhagenin sahilini gəziblər.

Səfərin növbəti günü Makron gələcək “Tur de Frans” velosiped yarışının Kopenhagendən başlayacağını elan edib.

Daha sonra Makron danimarkalı Baş nazirə velosiped yarışlarının qalibi olan iştirakçıların geyindiyi sarı rəngli və builki çempion Djereyt Tomas imzalı köynək hədiyyə edib.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar