Emmanuel Makronun Afrikada dəlisov gecəsi – FOTOLAR

Emmanuel Makronun Afrikada dəlisov gecəsi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa prezidenti Emmanuel Makron Nigeriya səfərində Afrika musiqisini, mədəniyyət və müxalifliyin yüksəlişini yaşadan Fela Kutinin məbədini ziyarət edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Emmanuel Makron 2020-ci ildə baş tutacaq Afrika Mədəniyyət Mövsümü çərçivəsində səfərlərə başlayıb.

Nigeriyaya gələn Makron diplomatik görüşdən çox mədəni ziyarət gerçəkləşdirib. İyulun 3-də Movritaniyadan Nigeriyaya keçən Makron Abujada Afrika Birliyi sammitində iştirak edib, ölkə lideri Muhammadu Buhari ilə görüşüb, sonra da Laqosa gedib.

Bundan sonra Fransa tarixinin ən gənc prezidenti Laqosda qərb təfəkkürünü aşan Afrika musiqisi, həyat tərzi  və Fela Kutiyə həsr edilmiş “Yeni Afrika Məbədi”ndə dəlisov bir gecə yaşayıb. Həmin gecədə Makronun gəlişini qeyd edənlər Fela Kuti məbədində sazlar, nağaralar çalıb, rəsq edələr isə ortalıqdan əskik olmayıb.

Nağarada məharətlə bacarığını sərgiləyən Makron 20 yaşında olarkən Fransanın Nigeriyadakı səfirliyində 6 ay təcrübə etdiyini və Nigeriyanı çox sevdiyini bildirib.

Nigeriyada təcrübə keçərkən nələrin yaşdığı ilə bağlı suala “Əlbəttə, bütün anları paylaşan deyiləm, çünki məbəddə olanlar məbəddə də qalır” deyərək cavab verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar