Əmrə Can "Yuventus"la razılaşdı

Əmrə Can “Yuventus”la razılaşdı
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Əmrə Can azad agent statusunda “Yuventus”a (İtaliya) keçməyə yaxındır. 24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.

A24.Az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

Türkiyə əsilli futbolçunun “Yuventus” klubu ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Əmrə ötən mövsüm İngiltərə Premyer Liqasında “Liverpul”a 26 matçda köməklik edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. O, son üç ayı belindən aldığı travmadan sonra bərpa prosesi keçib.

Can mersisayd klubuna 2014-cü ildə “Bayer”dən (Almaniya) keçib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar