Ən UCUZ ağıllı telefonları sizdə tanıyın- SİYAHI

Ən UCUZ ağıllı telefonları sizdə tanıyın- SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“GizmoChina” nəşrinin mütəxəssisləri ən yaxşı ucuz smartfonların reytinqini tərtib ediblər.

A24.Az “Life” resursuna istinadən yazır ki, reytinqin lideri qiyməti 160 dollar təşkil edən “ZTE Nubia М2” smartfonu seçilib.

İlk beşlikdə digər dörd mövqeyi Çinin “Xiaomi” şirkətinin smartfonları tutub.

Reytinqə görə, 159 dollarlıq “Xiaomi Redmi S2” liderlər beşliyində ikinci pillədə qərarlaşıb. Qurğu keyfiyyətli ön və əsas kamerası ilə seçilir. Üçüncü yerdə “Xiaomi Redmi 5 Plus” modeli yer alıb. Smartfon istifadəçisi 190 dollar  ödəməklə güclü oyun prosessoru, eləcə də tərəflərinin nisbəti 18:9 təşkil edən ekran əldə edir.

Reytinqdə digər yerləri “Xiaomi Redmi 5” və “Xiaomi Redmi Note 5” modelləri tutub.

Qeyd edək ki, bahalı seqmentdə hazırda ən müasir smartfonlar “Samsung Galaxy S9+”, “Huawei P20 Pro”, “Sony Xperia XZ2”, “Xiaomi Mi Mix 2s” və “Asus Zenfone 5z” modelləri hesab olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar