Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. “F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi lazımdır”.

“A24.az” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, dünya artıq tək bir ölkədən ibarət deyil: “Əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacağıq. Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.

R.T.Ərdoğan terrorçuluqla mübarizə məsələsində ölkəsindən nə tələb olunduğunu da açıqlayıb: “Bütün terror təşkilatları ölkəmizi soyub talasın, işğal etsin, lakin biz əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?! Hər kəsə terrorla mübarizə aparmağa imkan verilir, ancaq məsələ Türkiyəyə gələndə birdən-birə işin mahiyyəti dəyişir. Biz Suriyadan həyata keçirilən hücumlar qarşısında təkbaşına buraxılmış ölkəyik. Hava hücumundan müdafiə sistemləri bizə verilmədi. Hətta Türkiyəyə satmadıqları silahları təmənnasız şəkildə terror qruplaşmalarına verdilər. Biz alternativ axtaranda isə dərhal qarşımızı kəsib deyirlər ki, bunu edə bilməzsiniz. Bizim belə yanaşmaları qəbul etməyimiz mümkün deyil. Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bununla bağlı müqavilə bağlamışıq və qısa zamanda onları alacağıq. Türkiyənin layihə ortağı olduğu “F-35”lərə də, eləcə də özümüzün istehsal etdiyimiz təyyarələrə də ehtiyacı var. Bunu bizə verərlər, verməzlər bilmirəm. Amma “F-35”lərin Türkiyəyə veriləcəyi təqdirdə anlaşmaya əməl etdiklərini təsdiqləmiş olarlar”.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar