Ərdoğan: ABŞ-ın əli Fələstinli uşaqların qanına batıb

Ərdoğan: ABŞ-ın əli Fələstinli uşaqların qanına batıb
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə birgə iftar məclisində iştirak edib.

A24.Az Türkiyə mediyasına istinadən xəbər verir ki, iftar məclisindən sonra Ərdoğan bəzi məsələlərlə bağlı açıqlamalar verib.

Türkiyə prezidenti bildirib ki, qlobal sülhə zərər verən addımlar İranla aparılan nüvə müqavilənin ləğvi və Qüds məsələsində olunan qərarlardır: “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsini sonuna qədər müdafiə edirik. Dünyadakı böhranları həll etməyin yolu diplomatiyadan keçir. Ancaq son dövrdə bunun erroziyaya məruz qoyulduğunu görürük. ABŞ rəhbərliyinin bundan sonra azadlıqlar, insan haqları məsələsində deyəcəyi sözlərin qiyməti qalmayıb. ABŞ rəhbərliyi İsrailin qırğınlarına ortaq olub. ABŞ-ın əlinə Fələstinli uşaqların qanı bulaşıb. PYD, İŞİD və FETÖ ilə davamlı mübarizəni davam etdiririk. Ancaq beynəlxalq aləmdə terrorizmə qarşı ikili standart davam edir. Əvvəla, terrorçuya terrorçu demək, sonra onlara qarşı birlikdə mübarizə aparmaq şərtdir”, – deyə R.T.Ərdoğan qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar