A24 Xeber

Ərdoğan Afrindəki son döyüşlərdən danışdı

Ərdoğan Afrindəki son döyüşlərdən danışdı
32
01 Aprel 2018 - 20:20

Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, bəzi dövlətlər bundan narahatlıq keçirirlər: “Bu, bəzilərini narahat edir. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib “Zeytun budağı” əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.

Türkiyənin dövlət başçısı İsrailin baş nazirini də ittiham edib. “Ey Netanyahu, sən çox zəifsən, çox qəribsən. Bir dəfə özünə diqqət et, Biz terrorçulara qarşı mübarizə aparırırq. Sənin dərdin terrorçular deyil, sən terrorçu dövlətsən”.

Ərdoğan bildirib ki, İsrail ordusunun Qüdsdə etdiyi göz qabağındadır: “Sənin dünyada sevənin yoxdur. BMT-dən aldığın cavab ortadadır”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00