Ərdoğan andiçmədə necə qorunacaq? - 10 min polis, xüsusi təyinatlı və snayperçi xidmət başında...

Ərdoğan andiçmədə necə qorunacaq? – 10 min polis, xüsusi təyinatlı və snayperçi xidmət başında…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimindən əvvəl paytaxt Ankarda təhlükəsizlik tədbirləri yüksək səviyyədə qaldırılıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Ankarada 10 min polisin xidmət başında olacağı bildirilir.

Qeyd edək ki, andiçmə mərasimində 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, çoxlu sayda yerli və xarici qonaqlar iştirak edəcək. Odur ki, xarici qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün yüksək səviyyədə tədbirlər görülüb.

Beləliklə, Xüsusi Əməliyyat, Terror, Kəşfiyyat, Təhlükəsizlik, Əsayiş, İctimai Təhlükəsizlik, Çevik Qüvvələr, Bomba axtarışı, Nəqliyyat şöbələri və rayon polis bölmələrindən 10 min polis xidmət başında olacaq.

Mərasimdə iştirak edəcək xarici qonaqların qorunması üçün xüsusi təyinatlılar xidmət göstərəcək. Həssas məntəqələrə snayperçilər yerləşdiriləcək və polis helikopterlə havadan təhlükəsizliyi təmin edəcək. Nəzarət məntəqlərindəki axtarışlar isə xüsusi təlimləndirilmiş itlərin köməyi ilə gerçəkləşdiriləcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar