"Ərdoğan Azərbaycana əliboş gəlməyəcək" - Politoloq

“Ərdoğan Azərbaycana əliboş gəlməyəcək” – Politoloq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 10-da Azərbaycana səfər edəcək. Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə hansı mövzuları müzakirə edəcəyi maraq doğurur.

A24.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini bölüşüb. O, müzakirələrin əsasən 2 mövzu üzərində təşkil olunacağını bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək. Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyim məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı, Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq.

Birincisi, Ərdoğan Qarabağ məsələsində Türkiyənini mümkün rolundan danışacaq. Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun.

İkincisi, Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq Transxərəz boru xəttinin tikintisini sürətləndirmək istəyir ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun. Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar