A24 Xeber

Ərdoğan BMT TŞ-da müsəlman dövlətlərin olmamasını ədalətsizlik adlandırdı

Ərdoğan BMT TŞ-da müsəlman dövlətlərin olmamasını ədalətsizlik adlandırdı
43
12 May 2018 - 21:11

 Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan BMT Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətin təmsil olunmamasını ədalətsizlik adlandırıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Biz ədalət tələb edirik. Axı BMT-nin yaradılmasının təşəbbüsü əsasında qlobal ədalətin təmin edilməsi ideyası dayanıb. Biz ədalət tələb edirik”, – deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, 196 ölkənin hər biri BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiqdir.

“Əgər Təhlükəsizlik Şurasındakı 20 dövlətin hər biri yenidən seçilsəydi, ədalət olardı”, – deyə o əlavə edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00