A24 Xeber

Ərdoğan: Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq

Ərdoğan: Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq
34
12 İyun 2018 - 20:23

Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin “İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.

“Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm.

Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, – deyə o qeyd edib.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00