A24 Xeber

Ərdoğan Bursada iftar məclisində Türkiyənin xarici əməliyyatlarından danışdı

Ərdoğan Bursada iftar məclisində Türkiyənin xarici əməliyyatlarından danışdı
26
11 İyun 2018 - 23:14

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Bursada iftar məclisində bəzi açıqlamalar verib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan seçkilərdən və apardıqları xarici əməliyyatlardan söz açıb. “Bu ölkədə transmilli əməliyyatlardan yalnız terrorçular narahat olur. Bir də cənab Kamal Məhərrəm narahat olur”.

“Kanal İstanbulu istəsəniz də edəcəyik, istəməsəniz də edəcəyik. Millətimizin bu seçkilərdə də öz ölkəsinin, xalqının inkişafına, tərəqqisinə dözümü olmayan bu müstəmləkə başını bir daha sandığa qoyacağına inanıram”, – deyə Ərdoğan qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00