Ərdoğan dünya liderlərinə zəng vurdu

Ərdoğan dünya liderlərinə zəng vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani ilə Fələstindəki hadisələri müzakirə edib.

A24.Az xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin lideri ilə telefonla danışıb.

Bundan başqa, Türkiyə prezidenti Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl-Bəşirlə də telefonla danışıb və Fələstində yaranmış vəziyyəti müzakirə edib.

Bir müddət əvvəl R.T.Ərdoğan Fələstin prezidenti Mahmud Abbas, İordaniya kralı II Abdulla, Malayziya, Küveyt və Səudiyyə Ərəbistanı liderləri ilə də telefonla danışıb və Qüds ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar