A24 Xeber

Ərdoğan Ermənistana səsləndi: “Yuxarı Qarabağ məsələsi həll olunmadan…”

Ərdoğan Ermənistana səsləndi: “Yuxarı Qarabağ məsələsi həll olunmadan…”
69
15 Sentyabr 2018 - 19:06

Azərbaycanın sevinci – Türkiyənin sevinci, Azərbaycanın acısı – Türkiyənin acısıdır”

“Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək”.

A24.Az xəbər verir ki, bunu Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

“Azərbaycanın sevinci — Türkiyənin sevinci, Azərbaycanın acısı — Türkiyənin acısıdır” — deyən Ərdoğan qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.

Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.

“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir” — Türkiyə prezidenti vurğulayıb.

“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur” — prezident Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yuxarı Qarabağ məsələsi həll olunmadan Ermənistan münasibətlərimizin düzəlməsini gözləməsin- sözlərini də vurğulayıb.
A24.Az

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00