A24 Xeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada açılış mərasimində iştirak edən zaman sözlədiyi fikirlər diqqət çəkib.

“A24.az”ın “ensonhaber.com”a istinadən verdiyi məlumata görə, çıxışı zamanı “nazi” və “faşist” sözlərinə reaksiya verən almanlar barəsində Ərdoğan “Məscidlərimizin divarlarına xaç işarələri çəkən siz deyilmisiniz?” deyə sual verib.

“Türkiyə Respublikasının Prezidentinə “diktator” deyəcəksən, bunlara “faşist”, “nazi” dediyimiz zaman bəylər narahat olur. Baxın, faktla danışıram. Məscidlərimizin divarlarına xaç işarələri çəkən siz deyilmisiniz? Onlara qarşı verilmiş bir mübarizəniz varmı? Məscidlərimizi yandırıb dağıtmadınızmı? Solingen faciəsini biz bir kənara qoya bilərikmi? NSU davasını bir kənara qoya bilərikmi? Hələ də həllini tapa bilmədiniz, hələ də süründürərək gözlədirsiniz. Faşistsiniz, faşist”.

“A24.az” Türkiyə mediasına istinadən ərdoğanın çıxışından olan videogörüntünü təqdim edir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada açılış mərasimində iştirak edən zaman sözlədiyi fikirlər diqqət çəkib. “A24.az”ın “ensonhaber.com”a istinadən verdiyi məlumata görə, çıxışı zamanı “nazi” və “faşist” sözlərinə reaksiya verən almanlar barəsində Ərdoğan “Məscidlərimizin divarlarına xaç işarələri çəkən siz deyilmisiniz?” deyə sual verib. “Türkiyə Respublikasının Prezidentinə “diktator” deyəcəksən, bunlara “faşist”, “nazi” dediyimiz zaman bəylər narahat olur. […]

Ərdoğan: “Faşist deyəndə narahat olursunuz, bəs məscidlərin divarlarına xaç çəkən siz deyilmisiniz?” – VİDEO

715