A24 Xeber

Ərdoğan: “İdlibə raketlər atılsa, çox ciddi soyqırım yaşanar”

Ərdoğan: “İdlibə raketlər atılsa, çox ciddi soyqırım yaşanar”
13
05 Sentyabr 2018 - 11:02

“İdlibdə hərbi hərəkat olarsa qətliam baş verəcək”.

A24.Az BBC-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan “burada 2.5 milyon insan var. ABŞ Rusiyaya, Rusiya ABŞ-a top atır. Amma Allah göstərməsin buralara raketlər atılsa, çox ciddi bir soyqırım yaşanar”, – deyə bildirib.

“Hürriyet” qəzetinin xəbərinə görə, Ərdoğan İdlibdən qaçanların böyük miqdarda Türkiyəyə keçəcəyini söyləyib:

“Bu yeni bir çətinlik meydana gətirə bilər. Müəyyən şeylər həll edilib, artıq Türkiyədən geri dönüşlər başladı havasında olduğumuz bir dövrdə, indi bu cür risk gündəmdədir”.

Ərdoğan İdlib açıqlamalarını belə davam etdirib: “Hazırda Türkiyə olaraq Rusiya ilə bir işin içindəyik. Eyni şəkildə İran ilə bir işin içindəyik. Bu işlər çərçivəsində, əvvəlcədən müəyyən etdiyimiz kimi ən azından bayram müddətində bir növ atəşkəs həyata keçirildi. Bizim orada 12 monitorinq nöqtəmiz var. Oradakı təhlükəsizlik qüvvələrimiz əzmkarlıqla çalışmalarını davam etdirir. Hamısından vacib hazırda bizim Rusiya ilə olan əməkdaşlığımız çox əhəmiyyətlidir. Bunu silahlı qüvvələrimiz və Müdafiə Nazirimiz, kəşfiyyatımız eyni şəkildə davam etdirir. Burada 3,5 milyon insan var. ABŞ Rusiyaya, Rusiya ABŞ-a top atır. Amma Allah göstərməsin, buralara raketlər atılsa, çox ciddi bir soyqırım yaşanır”.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00