A24 Xeber

Ərdoğan İsraili QADAĞALARLA təhdid etdi

Ərdoğan İsraili QADAĞALARLA təhdid etdi
49
22 May 2018 - 14:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) İsrail mallarını boykot edəcək, Ankara isə bu addımı iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindən sonra atacaq. 

A24.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Bosniya və Hersoqovinaya səfərində jurnalistlərə açıqlaması zamanı deyib.

“Habertürk” telekanalının məlumatına görə, Ərdoğan deyib ki, İsrail mallarının boykot edilməsi İƏT-də müzakirə ediləcək.

“İstəyirəm ki, İƏT üzvləri embarqo tətbiq etsinlər”, – o deyib.

Türkiyəli lider əlavə edib ki, onun ölkəsi də analoji addımlar atacaq.

“Biz xüsusilə iqtisadi və ticarət sahəsində İsraillə əlaqələrimizə yenidən baxmayacağıq. Qarşıda seçkilər var. Bundan sonra hərəkət edəcəyik”, – Ərdoğan bildirib.

Bundan əvvəl, mayın 18-də İƏT-in İstanbulda keçirdiyi fövqəladə iclasında ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən sonra analoji addımlar atan ölkələrə qarşı iqtisadi tədbirlər keçirilməsi ilə bağlı qətnamə qəbul edilib./Oxu.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00