A24 Xeber

Ərdoğan İsraili tanımayan yəhudiləri qəbul etdi – FOTO

Ərdoğan İsraili tanımayan yəhudiləri qəbul etdi – FOTO
234
16 May 2018 - 11:23

Türkiyə prezidenti Ərdoğan İngiltərədə İsraili dövlət olaraq tanımayan Neturei Karta Ortodoks Musəvi dini icmasının üzvləri ilə görüşüb.

“A24.az” “ensonhaber.com”a istinadən xəbər verir ki, Ərdoğan İngiltərəinin baş naziri Tereza Mey ilə mətbuat konfransı keçirdikdən sonra musəviləri qəbul edib.

Özlərinə Qüdsün keşikçiləri deyən və İsrailin dağılmasığı istəyən Neturei Karta Ortodoks Musəvi camaatının üzvləri İsrailin bölgədəki işğalına qarşı çıxıblar. İsraili bir dövlət olaraq görməyən yəhudi qrupu sionizmi lənətləyir, müsəlmanlarla gözəl keçinirlər.

Qeyd edək ki, İsraildə 500 Neturei Karta Yəhudi ailəsi var. İsrail dövlətini tanımayan Neturei Karta yəhudiləri yerli və ümumi seçkilərdə iştirak etmir, uşaqlarını dövlət məktəblərinə təhsil almağa göndərmir və özləri də hərbi xidmətə getmirlər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00