A24 Xeber

Ərdoğan: İsrailin Fələstinə qarşı etdiyi soyqırımdır

Ərdoğan: İsrailin Fələstinə qarşı etdiyi soyqırımdır
26
14 May 2018 - 23:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Fələstinə qarşı etdiklərini kəskin şəkildə qınayıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Böyük Britaniyada bu mesajları verib.

“İsrail etdiyi bir soyqırımdır. Və bu soyqırımı ilk dəfədir ki, etmir. 1948-ci ildən bəri bu işğal davam etməkdədir.Terrorçularla mübarizə səbəbiylə, terrorçuları qətlə yetirdiyimiz zaman bizimlə haqq-hesab çəkənlər, hazırda öz torpaqlarını işğal edənlərə qarşı ən kiçik bir səs belə çıxarmırlar. Bu insanlıq dramını, soyqırımı hansı tərəfdən olursa-olsun, istər Amerika, istər İsrail, lənətləyirəm. Fələstinli qardaşlarımızla həmrəylik üçün ölkəmizdə sabahdan başlamaq üçün 3 gün milli matəm elan etdik”, – deyə Ərdoğan qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00