A24 Xeber

Ərdoğan Kraliçadan danışdı: “Yaddaşına heyranam”

Ərdoğan Kraliçadan danışdı: “Yaddaşına heyranam”
80
17 May 2018 - 16:19

Türkiyə prezidenti Ərdoğan İlgiltərə kraliçası II Yelizabet ilə bağlı danışarkən yaddaşına heyran olduğunu bildirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ərdoğan London səfərindən qayıdan zaman müxbirlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, Ərdoğanla II Yelizabetin görüşü dünya mediasına əks-səda yaradıb.

Müxbirlərdən birinin “Kraliça II Yelizabet ilə bağlı təəssüratlarınızı ala bilərik?” sualına Ərdoğan bu şəkildə cavab verib:

“Kraliça II Yelizabet 92 yaşında olmasına baxmayaraq, dəhşətli dərəcədə güclü yaddaşı var. Yaddaşı o yaşa görə son dərəcə yaxşıdır. Abdullah bəyin (Abdullah Gül) prezident, mənim baş nazir olduğum vaxtlarda Türkiyəyə səfər etmişdi. Həmin səfərini, görüşlərin hamısını bütün təfsilatları ilə xatırlayır. Mövzulardan xəbərdardır. Birləşmiş krallıqla əhatəli ticarət razılığı görünür. Hazırda təqvim verməyim düzgün olmazdı, ama iyunun 24-dən sonra addım atmağa hazırdırlar”.

 

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00