Ərdoğan Lavrovun cavabını verdi: “Afrini kimə verəcəyimizi biz müəyyən edəcəyik”

Ərdoğan Lavrovun cavabını verdi: “Afrini kimə verəcəyimizi biz müəyyən edəcəyik”
Want create site? Find Free WordPress Themes and plugins.

Lavrovun açıqlamasına reaksiya verən Türkiyə prezidenti Ərdoğan öz münasibətini açıq şəkildə bildirib.

“A24.az” bildirir ki, bu barədə Ərdoğan AK Partiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandıran zaman deyib.

O bildirib ki, zamanı gələndə Afrini afrinlilərə təslim edəcəyik. Təslim etmə zamanını da Lavrov deyil, biz müəyyən edəcəyik.

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Türkiyə Afrini Suriya hökumətinə təslim etməlidir” şəklində fikir səsləndirib.

Ərdoğan da həmin fikirlərə qarşılıq olaraq “Bu münasibət çox yanlışdır. Biz hazırda Afrini kimə geri qaytaracağımızı çox yaxşı bilirik. Başqa ölkələrin nəzarət altında tutduğu yerlərin Suriyaya təslim edilməsi müzakirə edilsin. “Onları rejim verdi” ifadəsi bizi inandıra bilməz. Biz yeri gəldiyi zaman Afrini afrinlilərin özünə şəxsən təslim edərik. Amma bunun zamanı bizə aiddir; onu da biz müəyyən edərik, Hörmətli Lavrov deyil” deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar