Ərdoğan Netanyahuya cavab verdi: "Əllərində o insanların qanı var"

Ərdoğan Netanyahuya cavab verdi: “Əllərində o insanların qanı var”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş Naziri Binyamin Netanyahunun “Ərdoğan öldürməyi çox yaxşı bilir” fikrinə Twitter hesabından cavab verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan “Netanyahunun əllərində Fələstinlilərin qanı var, günahlarını Türkiyəyə hücum edərək gizlədə bilməzlər”, – deyə cavab verib.

Böyük Britaniya ilə danışıqları davam etdirən Ərdoğan, Twitter hesabından İngilis dilində paylaşdığı mesajda” Netanyahu, 60 ildən çoxdur Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq müdafiəsiz insanların torpaqlarını işğal edən bir apartheid (irqçi) dövlətinin baş naziridir. Netanyahunun əllərində Fələstinlilərin qanı var, günahlarını Türkiyəyə hücum edərək gizlədə bilməzlər”, – deyə Ərdoğan qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar