Ərdoğan Papaya xəbərdarlıq etdi: “Erməni yalanı siyasi bəhanəniz olmasın!”

Ərdoğan Papaya xəbərdarlıq etdi: “Erməni yalanı siyasi bəhanəniz olmasın!”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Ərdoğan 1915-ci il hadisələrini “soyqırım” olaraq tanıyan Roma Papasına xəbərdarlıq edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vatikanda Papa ilə görüşdükdən sonra ölkəsinə geri qayıdan Ərdoğan müxbirlərin suallarını cavablandırıb.

Ərdoğan Papa Fransisk ilə təkbətək görüşü zamanı ona bu şəkildə xəbərdarlıq edib:

“Papayla görüşümdə 1915-ci il hadisələri mövzusunda həssaslığımızı da qeyd etdim. Bunun tarixçilərə həvalə edilməsinin, siyasi bəhanə gətirilməməsinin tərəfində olduğumuzu başa saldım” deyib.

Ərdoğan Mənbiçlə bağlı isə “ Mənbiç mövzusunda ABŞ ilə Türkiyə əlaqələri hansı mərhələdədir?” sualına “Mənbiç yeni hadisə deyil. Bu, Obamanın dövründə başlamış bir hadisədir. Biz bu mövzuda nə düşündüyümüzü ABŞ-a əvvəlcədən söylədik. Təəssüflər, Obama bununla bağlı bizə yalan söylədi. Hazırda Tramp hakimiyyəti də, təəssüf hissi ilə deyirəm, eyni istiqamətdə irəliləyir. Tramp bizə “onlar orda qalmayacaqlar, qala bilməzlər, Fıratın şərqinə gedəcəklər” demişdi. Mənbiçin həqiqi sahibinin ərəblər olduğunu qəbul etmişdi. Lakin deyilənlər hələ də həyata keçməyib” fikirlər səsləndirib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar