Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı

Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu yay həm terrorçular, sonra onları dəstəkləyənlər üçün çox isti keçəcək”.

“A24.az” bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib.

Bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, vicdansızlıq, əxlaqsızlıqdır.

Türkiyə prezidenti qeyd edib ki, ABŞ Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir:

“Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib edir. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri qarşılarına qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər.

Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar