A24 Xeber

Ərdoğan Putinlə yenə görüşür – Məkan və tarix açıqlandı

Ərdoğan Putinlə yenə görüşür – Məkan və tarix açıqlandı
31
14 Sentyabr 2018 - 14:46

Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putinlə görüşəcəyini bildirib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentindən bir mənbə “Sputnik” agentliyinə müsahibə verib.

Müsahibəsində “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putinlə bazar ertəsi günü Soçidə görüşə biləcəyini qeyd edib. Lakin hələlik bunu rəsmi olaraq təsdiqləyə bilmərik”, – deyə bildirilib.

Türkiyə xarici işlər naziri Çavuşoğlu Ərdoğanın bazar ertəsi günü Putinlə Suriya mövzusunda bir görüş keçirəcəyini söyləmişdi. Ancaq Çavuşoğlu bu görüşün harada keçiriləcəyi, ya da nə şəkildə keçiriləcəyinə dair məlumat verməmişdi.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00