A24 Xeber

Novruz bayramında 7 dildə mesaj yayımlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəqaib Kandili münasibəti ilə bu dəfə 8 dildə mesaj yayımlayıb. Ərdoğan bu dəfə digər dillərə urdu dilini əlavə edib.

“A24.Az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Rəqaib kandili təbrikini rəsmi tvitter səhifəsində yayımlayıb.

Ərdoğan tvitterdəki paylaşımında “Millətimizin və bütün islam aləminin mübarək Rəqaib kandilini təbrik edirəm. Rəqaib kandilinin və mübarək 3 ayların bütün insanlara barış və hüzur gətirməsini Rəbbimdən istəyirəm” deyə ifadə edib.

Daha sonra Türkiyə prezidenti eyni təbriki ərəb, ingilis, kürd, zaza, urdu, fars və Azərbaycan dilində  edib.

“A24.Az” Ərdoğanın tvitterdəki paylaşımlarının fotosunu və videogörüntüsünü təqdim edir:

Novruz bayramında 7 dildə mesaj yayımlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəqaib Kandili münasibəti ilə bu dəfə 8 dildə mesaj yayımlayıb. Ərdoğan bu dəfə digər dillərə urdu dilini əlavə edib. “A24.Az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Rəqaib kandili təbrikini rəsmi tvitter səhifəsində yayımlayıb. Ərdoğan tvitterdəki paylaşımında “Millətimizin və bütün islam aləminin mübarək Rəqaib […]

Ərdoğan Rəqaib kandilini 8 dildə təbrik etdi – FOTO, VİDEO

621