Ərdoğan sərt danışdıTürkiyə ABŞ-la müharibənin bir addımlığında

Ərdoğan sərt danışdı – Türkiyə ABŞ-la müharibənin bir addımlığında
Want create site? Find Free WordPress Themes and plugins.

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”.

A24.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pahon “ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur” deyə açıqlama verib.

“Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə birlikdə çalışırıq, ancaq “Zeytin budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə qazandıqlarımızın bir hissəsinin itirilməsinə səbəb ola bilər”, – deyə bildirib.

“Zeytun budağı” əməliyyatının Münbiçi də əhatə edəcək şəkildə genişlənmə ehtimalına gəlincə, Erik Pahon hazırda bunun baş verməməsi və gərginliyin azaldılması üçün Türkiyə ilə danışıqların davam etdiyini qeyd edib.

Bu gün partiyasının qrup yığıncağında danışan prezident Rəcəb Tayyib Ərdoğan Afrindəki əməliyyatın İdliblə davam edəcəyini və torpaqlarını öz sahiblərinə qaytarmaq üçün Münbiçə girəcəyini bilidirib.

“Hazırda Afrin Əməliyyatında zərərsizləşdirilmiş terroristlərin sayı 1000-ə yaxınlaşır. Şəhidlərimiz də var. Ancaq şəhidlərimizin inancları da var. Sevgili Peyğəmbərimizin müjdəsinə doğru gedirlər. Bizə lazım olan anda olanlarla birlikdə gedəcəyik. Afrindəki bu əməliyyatlar İdlib ilə davam edəcək. “Əməliyyat nə vaxt bitirəcək?” sual verənlərdən soruşuram ki, Əfqanıstanda əməliyyatları nə vaxt bitirdiniz? İraqda əməliyyatları nə vaxt bitirdiniz? 18 ildir oradasınız. 911 kilometr sərhədiniz var.

Bizim yüzlərlə şəhidimiz var. Bunu Amerika bilir? Görür? Onlar bizə çox şey danışdılar, ancaq doğru danışmadılar. Cənab Obama da düzgün danışmadı. Tramp da eyni yolu gedir. “Münbiçdən çıxacağıq” demişdiniz. Amma hələ də PYD, YPG, PKK-nı yerləşdirirsiniz. Hələ “Münbiçə gəlməyin” də deyirsiniz. Biz torpağı əsl sahiblərinə qaytarmaq üçün Munbiçə gələcəyik. Bu bölgədə bir şey ediləcəksə, gəlin NATO-da birlikdə olduğunuz Türkiyə ilə birlikdə edin.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar