Ərdoğan Stoltenberqlə danışdı: NATO dəstək verəcəkmi?

Ərdoğan Stoltenberqlə danışdı: NATO dəstək verəcəkmi?
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

A24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən informasiya yayılıb.

Telefon danışığı zamanı Türkiyə prezidenti Stoltenberqi doğum günü münasibətilə təbrik edib və ona Afrində keçirilən “Zeytun budağı” əməliyyatının gedişatı barədə informasiya verib. Əməliyyatın Suriyanın şimal-qərbində vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirildiyini vurğulayıb.

Ərdoğan həmçinin Afrin əməliyyatının İŞİD-lə mübarizədə əngəl deyil, onun tərkib hissəsi olduğu bildirib.

Prezident Türkiyənin eyni vaxtla bir çox terror qruplaşması – PKK, YPG, PYD, İŞİD və FETÖ ilə mübarizə apardığını deyib. Türkiyə lideri bir sıra NATO ölkələrinin mövqeyinə və bəzi terror qruplaşmalarına qarşı “həssaslıq” göstərərək, terror təhlükəsinin yalnız İŞİD-dən gəldiyi fikrini yaratmağa çalışdığına görə təəssüfləndini bildirib.

Ərdoğan Türkiyənin NATO tərəfdaşlığının dəyərlərinə və ruhuna olan bağlılığını vurğulayıb.

Stoltenberq öz növbəsində Ankaranın Şimali Atlantika Alyansının mühüm müttəfiqi olaraq qaldığını və NATO-nun hədəflərinə nail olmaq üçün əhəmiyyətli rol oynadığını qeyd edib. Hərbi-siyasi blokun baş katibi Türkiyənin təhlükəsizlik qayğılarını anladıqlarını və terrorla mübarizə üçün ortaq addımların atılmasının əhəmiyyətli olduğunu bildirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar