A24 Xeber

Ərdoğan Suriya ilə bağlı daha bir planını açıqladı

Ərdoğan Suriya ilə bağlı daha bir planını açıqladı
121
28 İyun 2017 - 9:00

“Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”.

A24.az-ın xəbərinə görə, bunu Rusiyanın “İzvestiya” nəşrinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Hazırda Suriyada mənfi proseslər baş verməkdədir.  Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”, – deyə  prezident qeyd edib.

Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00