Ərdoğan Tillersondan bunları TƏLƏB ETDİ

Ərdoğan Tillersondan bunları TƏLƏB ETDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 15-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Reks Tillersonun görüşündə Türkiyə tərəfinin bir sıra tələblər irəli sürdüyü bildirilir.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, rəsmi Ankara ilk növbədə Birləşmiş Ştatlardan YPG terrorçularına dəstəyi dərhal dayandırmağı tələb edib. Eyni zamanda qeyd olunub ki, Vaşinqton Ankaranı regionda terrorizmlə mübarizədə əsas müttəfiq qismində qəbul etməli, həmçinin PKK terror təşkilatı ilə mübarizədə Türkiyəyə kömək etməlidir.

Bundan başqa, tərəflər Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson ötən gün Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar