Ərdoğan Trampın İranla bağlı qərarından danışdı

Ərdoğan Trampın İranla bağlı qərarından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğandan ABŞ-ın İranla bağlı qərarına Amerikanın çox şey itirəcəyini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan fikirlərini bu şəkildə ifadə edib:

“Beynəlxalq müqavilələri istədiyiniz zaman pozun, istədiyiniz edin. Belə bir şey olmaz. İtirən Amerika olacaq. Çünki imzaladığınız bir müqaviləyə sadiq qalmırsınız”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan Trampın bu qərarının “yeni böhranlar” doğura biləcəyini bildirərək, “Regionda yeni böhranlar istəmirik. Geosiyasi müharibə çıxmasını istəmirik və bunu gözləmirik. Məncə, bunda itirən ABŞ olacaq. Sonunda ABŞ itirəcək”,- deyə əlavə edib.

CNN-dən Becky Andersona danışan Ərdoğan, bu qərarın təkcə bölgə deyil, bütün dünyaya təsir edəcəyini dilə gətirib. Ərdoğan, Trumpın müqaviləyə hörmət göstərməsi lazım olduğunu dilə gətirərkən, beynəlxalq mexanizmin belə işləmədiyini bildirib: “Beynəlxalq müqavilələri istəyə görə bitirmək olmaz. Əgər bir sənədin üzərində imza varsa, buna hörmət etmək məcburiyyətindəsiniz”, – deyə Ərdoğan bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar