Ərdoğan Türkiyədəki prezident seçkilərində lider oldu

Ərdoğan Türkiyədəki prezident seçkilərində lider oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb.

“A24.az” bildirir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) mesajında ​​deyilir.

Xəbərdə deyilir ki, hazırda səslərin 18.61%-i sayılıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə – 26.53 % səs, yeni qurulan «Yaxşı Partiyadan» namizəd Meral Akşener 7.72%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş – 5.50%, “Səadət” partiyası (SP) namizədi – Temel Karamollaoğlu 0,94% və “Vatan» (Vətən partiyası) namizədi – Doğu Perinçek 0,18% səs toplayıblar.

Məlumatda həmçinin deyilir ki, “Milli Birlik” (Cumhur İttifakı) adlı (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası (MHP) bloku 65.42% səslə parlament seçkilərində liderdir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.Səsvermə yerli vaxtla saat 17:00-dək davam edib. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar