Ərdoğan üçün çox pis ssenari: ABŞ əsgəri Münbiçdən çıxmayacaq

Ərdoğan üçün çox pis ssenari: ABŞ əsgəri Münbiçdən çıxmayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə və ABŞ arasındakı gərginlik daha da artacaq.

A24.az xəbər verir ki, CNN İnternational Vaşinqton rəhbərliyinin Menbiçdən çəkilməyəcəyini açıqlayıb.

Ankaranın tələbinə mənfi cavab verən ABŞ Fərat çayının qərb hissəsində YPG terroristləri ilə əməkdaşlıq etməkdə davam edir.

ABŞ-ın Mərkəzi Komandanlığında bir nömrəli generalı hesab edilən Cozef Votel Menbiçi tərk etməyəcəklərini bildirib. Türkiyə sərhədi ilə təxminən 40 kilometr məsafəsi olan Menbiçə YPG-lilər 2016-ci ilin yayından yerləşdirilib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu şənbə günü verdiyi açıqlamasında “ABŞ terror təşkilatı ilə əlaqəsini kəsməlidir. Onlar da silahlarını ABŞ-a geri qaytarmalı və Münbiçdən dərhal geri çəkilməlidir” – deyə bildirmişdi.

Qeyd edək ki, ABŞ İŞİD terror təşkilatını bölgədən çıxarmaq üçün PKK-nın Suriyadakı digər bir qolu olan YPG ilə cəbhə qurmuşdu. Türkiyənin buna qarşı çıxmasına baxmayaraq Pentaqon YPG-yə minlərlə tırdan ibarət göndərməkdə davam edib.

Bundan sonra Türkiyə 20 Yanvarda YPG-nin qərb zonasında əlində tutduğu Afrini terroristlərdən təmizləmək üçün Zeytun budağı əməliyyatına başladı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar