Ərdoğan və Merkel arasında telefon danışığı olub

Ərdoğan və Merkel arasında telefon danışığı olub
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar