A24 Xeber

Ərdoğan vətəndaşlara səsləndi: “Milli pulumuzu xarici valyutaya dəyişməyin!”

Ərdoğan vətəndaşlara səsləndi: “Milli pulumuzu xarici valyutaya dəyişməyin!”
28
23 May 2018 - 22:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təşkil olunan iftar yeməyində partiya rəhbərlərinə səslənib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ölkə iqtisadiyyatında baş verən həyəcanlanmasının Türkiyənin iqtisadi reallığını əks etdirmədiyini söyləyib.

“Biz hər zaman olduğu kimi millətimizin qarşısına yenə ikiüzlü, hesabsız kitabsız, tamamilə səbəbsiz şəkildə çıxırıq. İqtisadiyyatımızdakı dalğalanma təkcə ölkəmizlə bağlı deyil, qlobal səviyyədə yaşanan bir problemdir. İqtisadiyyatda öhdəsindən gələ bilməyəcəyimiz bir çətinlik yoxdur. Bütün vətəndaşlarıma səslənirəm. Öz pulumuzu xarici valyutalarla dəyişdirməyin. Yerlilik budur. Millilik budur. Öz yerli pulunuzu valyutaya dəyişməyin. Yerli pulumuzla hərəkət etməyə davam edək. Millilik, yerlilik, vətənpərvərlik budur”, – deyə Türkiyə prezidenti əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00