Ərdoğan Xamneyi ilə görüşündə: Qərbin əsas məqsədi islam  ölkələrini...

Ərdoğan Xamneyi ilə görüşündə: Qərbin əsas məqsədi islam  ölkələrini…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam İnqilabı Lideri Ayətullah Xamneyilə görüşüb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ayətullah Xamneyi, Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti qəbulunda bu gün İslam dünyasının ən mühüm ehtiyacı, İslam ölkələri arasında daha çox yaxınlaşma olduğunu bildirib.

ABŞ-ın regionda İslami gücün formalaşmasından narahatlıq duyduğunu və bu səbəbdən İran və Türkiyə kimi ölkələrə düşmənçilik etdiyini qeyd edən Ayətullah Xamneyi, iki ölkənin bölgənin şərəfli və güclü dövlətləri olduqlarını və İslam dünyası üçün də ortaq hədəfləri izlədiklərini qeyd edib. Ayətullah Xamneyi, buna görə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etməsinin lazım olduğunu ifadə etdi.

Görüşdə R.T.Ərdoğan da İslam ölkələri arasında lazımi həmrəyliyin yoxluğuna diqqət çəkərək, Qərbin müstəqil İslam ölkələrinə qarşı mövqeyi, başda İran və Türkiyə olmaq üzrə İslam ölkələri arasında həmrəyliyi daha da zəruri hala gətirdiyini vurğulayıb.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar