A24 Xeber

Ərdoğan yenidən prezident seçilən Putinlə danışıb

Ərdoğan yenidən prezident seçilən Putinlə danışıb
52
19 Mart 2018 - 20:33

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə zirvə toplantısını müzakirə ediblər.

Prezidentlər iki ölkə arasında əməkdaşlığı gücləndirmək istiqamətində qərarlı olduqlarını təsdiqləyiblər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00